Mühəndislik Xidmətləri

Mühəndislik Xidmətləri

Layihələşdirmənin təmin olması və analitik xidmətlər

TP Engineering geniş mühəndislik xidmətləri, layihələndirmə, texniki sənədlərin hazırlanması, habelə karbohidrogen emissiyalarının monitorinqi və təhlili xidmətlərini təklif edir.

Emissiyaların monitorinqi

Emissiyaların monitorinqi

"TP Engineering" ,avadanlıqda yaranan problemlər üzrə məsləhətləşmə aparılması və həll olunması üçün vəziyyətin yoxlanılması üzrə genişmiyqaslı üsullardan istifadə edən ixtisaslaşmış və təcrübəli işçi heyətinə sahibdir.

Vəziyyətin monitorinqi, avadanlıqların mexaniki vəziyyətini birbaşa izləmək, faktiki iş vaxtını proqnozlaşdırmaq və ya səmərəliliyi azaltmaq üçün texniki sistemlərin və digər göstəricilərin effektivliyini qiymətləndirmək üçün qabaqcıl texnologiyadan istifadə edən bir siyasətin təcəssümüdür.

LDAR - Sızıntının Aşkarlanması və Aradan Qaldırılması

Proqramın məqsədi - aşağıdakı üsullarla mütəşəkkil olmayan uçucu üzvu birləşmələrinin tullantılarının monitorinqi və auditi (Uçucu üzvi birləşmələr - VOC):

  • Ətraf mühitin çirklənməsi üzrə normaların Avropa standartlarına uyğunluğunun təmin edilməsi
  • Sızıntıların elektron nömrələnməsinin aparılması
  • Müxtəlif armatura, flanslar, nasoslar, kompressorlar üzərindəki karbohidrogen sızmalarının təyini və ölçülməsi
  • Ümumi ətraf mühit emissiyalarının hesablanması
  • Maliyyə itkilərinin hesablanması
  • Etibarlılıq və risklərin qiymətləndirilməsi
  • Təmir tapşırıqlarının tövsiyələrlə hazırlanması
  • Təmir işlərinin hazırlanması və planlaşdırılması
  • Təmirin keyfiyyətinin qiymətləndirilməsi
  • EPA 21 metodologiyasından istifadə
  • TP.LDAR Proqram təminatı - sızıntının aşkarlanması və təmir olunmasını (LDAR) qeyd etmək üçündür.

SSATO (Smart Sızıntının Aşkarlanması və Təmir Olunması)

SLDAR distansiyadan zondlanma üçün optik görüntüləmə və ya texnologiyadan istifadə edən bir üsuldur. Metod, operatora karbohidrogen sızmalarını optik istilik görüntü cihazının birbaşa görünmə daxilində məsafədən idarə etməyə imkan verir. Bu texnologiyanı istifadə edərək uzaqdan zondlanma və dərhal aşkarlama, operatora geniş sahələri əhatə etmək/ onlarla və yüzlərlə potensial sızıntıları aşkar etmək imkan verir və bununla da sahədə olmaq zəruri deyil və bütün sızmaların əl ilə instrumental ölçülməsinə gərək qalmır.

Mühəndislik Çertyojlarının İdarə Olunması

Mühəndislik Çertyojlarının İdarə Olunması

"TP Engineering", MS Visio, Auto-CAD, Bentley, Integraph SmartPlant və digər formatları TPD formatına çevirə bilən çetryojların elektron idarə olunması sistemini yaradıb ki, bütün istifadəçilər də bu sistemə onlayn daxil ola bilərlər.

"TP Engineering" aşağıdakıların işləməsində ixtisaslaşır:

  • Axınların blok-sxemləri
  • Axınların texnoloji sxemləri
  • Boru kəmərlərinin və ölçü cihazlarının texnoloji sxemləri.

P&ID ən informativ və faydalı diaqramlardır. P&ID üçün interaktiv proqram təminatımız istifadəçiyə quraşdırma boyunca "gəzməyə" və çertyoj və sxemlərdə istənilən obyekt haqqında məlumat almağa imkan verir.

Mühəndislik çertyojları və sxemləri texnoloji prosesləri idarə etmək, texniki xidmət göstərmək, təmir işlərini planlamaq, mühəndislik komplekslərinin lahiyələşdirilməsi və yenidən tərtib edilməsi, personal hazırlığı və s.

Bütün xidmətlərimizi baxmaq

Sualınız var ?

Növbəti layihənizi bizimlə başlamağa hazırsınızmı? Bizə zəng edin yaxud poçt ünvanımıza yazın və biz, ən qısa zamanda sizinlə əlaqə yaradacağıq!

Bizimlə əlaqə

Xəbər məktubu