Aktivlərin İdarə Edilməsi

Aktivlərin İdarə Edilməsi

Qabaqcıl praktika və beynəlxalq təcrübəyə əsaslanaraq istehsal aktivlərinin idarə olunması üçün bir sıra həllər

Tərif

Aktivlərin idarə edilməsi "müəssisələrdə effektiv biznes həllərini tətbiq etmək üçün istifadə olunan istehsal aktivlərinin həyat dövrünün idarə edilməsinə hərtərəfli və strukturlaşdırılmış bir yanaşma" kimi tərif oluna bilər. Mükəmməl sistem qurmaq üçün hansı "blokların" istifadə edilə biləcəyini müəyyən etmək vacibdir. Bizim modelimiz aşağıda təqdim olunur.

PIRAMYD

Həllərin Əsası

Hər bir "blok" ilə 2 sual verilir. Bu suallar nəticədə şirkətiniz üçün faydalı olanlar haqqındadır.

  • Texniki xidmətin effektivliyi – texniki xidmət şöbəsinin işi nə dərəcədə effektivdir və bu texniki xidmətin xərclərini azalmağa necə kömək edə bilər?

"Həqiqətən texniki xidmət xərclərimizi optimallaşdırırıqmı?"

  • Texniki xidmətin təsirliliyi – istehsalın etibarlığını təmin etmək və hədəflərə çatmaqda texniki xidmət strategiyası nə dərəcədə effektivdir?

“Biznes hədəflərinə çatmaq üçün lazımi vaxtda müəyyən avadanlıqlara düzğün texniki qulluq edirikmi?”

Bu sahədə qabaqcıl nailiyyətlərə uyğun olaraq mümkün olan ən yaxşı dəyişiklikləri müəyyən etmək üçün hazırkı texniki xidmət təcrübənizi qiymətləndiririk. Bundan əlavə, mütəxəssisləriniz üçün təlim keçiririk və daim Şirkətinizə fayda gətirməyə çalışaraq bu qabaqcıl həllər əsasında proses və sistemlərin tətbiqinə yardım edirik.

CMMS – Texniki Xidmətin Kompüterləşdirilmiş İdarəetmə Sistemləri

CMMS – Texniki Xidmətin Kompüterləşdirilmiş İdarəetmə Sistemləri

CMMS proqram paketi şirkətin texniki əməliyyatları haqqında məlumatların kompüter bazasını saxlayır. Bu məlumat texniki xidmət işçilərinə işlərini daha səmərəli şəkildə yerinə yetirməyə və rəhbərliyin məlumatlanmış qərarlar qəbul etməsinə kömək etmək məqsədi daşıyır.

CMMS modulları proqram təminatına geniş qiymət diapazonunu təmin etməyə imkan verən funksional imkanlarının geniş spektrini təklif edir:

  • İş şifarişləri
  • İnspeksiyalar
  • Profilaktik texniki xidmət
  • Defektlərin qeydə alınması
  • Aktivlərin idarə olunması
  • İnventarizasiyanın idarə edilməsi
  • Sənaye təhlükəsizliyi və Əməyin mühafizəsi

TP Engineering-in IBM Maximo və SAP ERP proqramlarını tətbiq etmək üçün təcrübəsi və müqavilələri olmaqla, TP Engineering TP AIM adlı öz program təminatını hazırlamışdır.

İşin planlanması və cədvəl

İşin planlanması və cədvəl

"TP Engineering" özünəməxsus planlaşdırma sistemlərindən istifadə olunmaqla bir çox layihələrin planlaşdırılmasında və sənayə müəssisələrin cari və əsaslı təmir üzrə cədvələrin hazırlanmasında iştırak edib.

Bizim sistemin özəlliyi olan “aşağıdan yuxarı planlaşdırma” prinsipi mühəndislik məlumatına əsaəlanmış texniki xidmətin səmərəli və təhlükəsiz icrası üçün vacib rol oynayir.

Bu məlumatlara aşağıdakılar daxildir:

  • Texniki xidmətin icra olunacağı yer;
  • Texniki xidmət göstəriləcək avadanlığın siyahısı;
  • Texniki xidmətin icra vaxtı;
  • Texniki xidmətin icrasına dair təlimatlar;
  • Lazım olan sənədlər (təsvirlər, təlimatlar, çertyojlar, ehtiyat hissələrin kataloqları);
  • İstifadə olunacaq alətlər və texniki xidmət avadanlıqları;
  • İstifadə olunacaq bütün lazımi yerləşdirmə və daşıma avadanlığı;
  • İstifadəsi gözlənilən ehtiyat hissələri;
  • İxtisaslaşdırılmış işçilərin sayı (podratçılar daxil olmaqla);
  • Texniki xidmət zamanı xüsusi təhlükəsizlik qaydaları;
  • İş icazəsi alması üçün müştəridən təqdim olunan əlaqədar şəxslərinin siyahısı.
Zərərin təhlili

Zərərin təhlili

Qüsurların aradan qaldırılması

Zərərin təhlili metodikamızda 5 pilləli metoddan (qeydiyyat, analiz, araşdırma, həll, inkişaf) istifadə olunur ki, bu, göstəricilərin biznes hədəflərindən yayınma faktlarını vaxtında toplanaraq işlənməsini təmin edir. Zərərin təhlili RCA (Root Cause Analysis/Əsas səbəblərin təhlili) metodologiyasına əsasən aparılır, bu şirkətinizin göstəricilərinə nəyin təsir etdiyini müəyyən etməyə imkan verir. Zərərlərin Təhlili proqramının geri ödənilməsi çox yüksəkdir, geri qaytarılma müddəti günlər və ya həftələrlə ölçülür.

Texniki xidmət Strategiyası

Texniki xidmət Strategiyası

RCM– Etibarlığa Yönələn Texniki Xidmət

RCM -  mövcud istismar şəraitində avadanlıqların (istehsal aktivlərinin) işləməsinin təmin edilməsi və optimal texniki xidmət strategiyalarının həyata keçirilməsi prosesidir.

RCM, texniki xidmətin minimal səviyyəsi ilə zəruri və kifayət işləməni təmin etmək, əməliyyat prosedurlarını və texniki xidmət strategiyalarını dəyişdirmək və avadanlıqların yüksək hazırlıqlı olmasını dəstəkləyən texniki xidmət planlarını yaratmaq kimi sahələrdə inkişafa nail olmaq üçün istifadə olunur.

RCM-nin müvəffəqiyyətlə həyata keçirilməsi səmərəliliyin artmasına, avadanlıqların saz olmasının vaxtının artmasına və Şirkətdə risk səviyyələrinin daha dərindən başa düşülməsinə səbəb olur.

 

Yararlığın modelləşdirilməsi

Yararlığın modelləşdirilməsi

Texniki xidmət strategiyasının məzmunu müəyyən edildikdən sonra, Aktivlər texniki xidmət planlarının və onların istehsal və mövcud avadanlıqların yerləşdirilməsinə təsirini müəyyənləşdirərək məhsuldarlığı artırmaq üçün optimallaşdırıla bilər.

Bu, aşağıdakılar vasitəsilə təmin edilir:

  • Zəif cəhətlərin müəyyən olunması
  • Yeni və ya mövcud qurğuların yararlılığının artırılması
  • Planlama zamanı xətaların azaldılması
  • Ehtiyat hissələrinin saxlanıldığı ambarın optimallaşdırılması
  • Texniki xidmətin icrası üçün lazım olan boşdayanma müddətinin azaldılması

Avadanlıqların hazırlığının və gücünün optimallaşdırmasında ən çox istifadə olunan üsul Etibarlılıq Blok-sxemlərin (RBD) qurulmasıdır.

Sizin CMMS-dən alınan məlumatlar asanlıqla mənalı parametrlər toplusuna çevrilir, hansıki sonra bir neçə əməliyyat ssenarisində RBD-ni modelləşdirərək, Aktivlərin fəaliyyətini proqnozlaşdırır.

Ehtiyat hissələri anbarının optimallaşdırılması

Ehtiyat hissələri anbarının optimallaşdırılması

Texniki xidmət proseslərinin səmərəliliyini daha da artırmaq üçün ehtiyat hissələri optimallaşdırmanın ayrılmaz hissəsinə çevrilir.

Ehtiyat hissələrinin mövcud və ya təcili təmir ehtiyaclarını ödəmək üçün kifayət olması vacibdir; belə ki, hər təmir işləri ehtiyat hissələri ilə təmin edilməli və ehtiyatlar nə çox nə də ki az olmalıdır.

Nadir hallarda istifadə olunan ehtiyat hissələri, bir qayda olaraq, istənilən təşkilatda anbar qalıqlarının əksəriyyətini təşkil edir. Onlar bahalıdır və qalıq sayının yalnız 20%-ni təşkil etsə də, dəyər baxımından 60-80% -ə çatır.

Müəssisənin ehtiyat hissələrinin səviyyəsinin optimallaşdırılması səmərəsiz satınalmaların sayını minimuma endirəcək və anbarın həddindən artıq olan həcmini azaldacaqdır.

Öz növbəsində, ehtiyat hissələrin olmaması həmçinin eksponent olaraq kritik avadanlıq üçün riskləri artıra bilər, hansı ki uzun müddət işləməyə bilər.

Bütün xidmətlərimizi baxmaq

Sualınız var ?

Növbəti layihənizi bizimlə başlamağa hazırsınızmı? Bizə zəng edin yaxud poçt ünvanımıza yazın və biz, ən qısa zamanda sizinlə əlaqə yaradacağıq!

Bizimlə əlaqə

Xəbər məktubu