İT Həlləri

İT Həlləri

Müştərinin fərdi tələblərinə uyğun olaraq innovativ proqram təminatının hazırlanması

Bu illər ərzində şirkətimizin yaradıcı potensialını genişləndirmək üçün müxtəlif texniki sahələrdən gəlmiş proqram təminatçılarından - mütəxəssislərdən ibarət bir qrup yaratmağı bacardıq. Onların peşəkarlıq diapazonu .NET (ASP.NEL C #, VB.NET), XML və başqa ən son və daha effektiv inkişaf etmiş texnologiyalardan istifadə edərək geniş proqramlaşdırma bacarıqlarını əhatə edir.

Mütəxəssislərimiz Microsoft Professional Developers tərəfindən tanınır, MCPS, MCSD, MCAD, MCNPS, MCDBA, MCPD, MCTS və s. sertifikatları vardır. Biz, həmçinin sertifikatlaşdırılmış Microsoft tərəfdaşıyıq.

Bizim xüsusi işlədiyimiz program təminatı - TP.AIM

TP.AIM

TP.AIM

TP Engineering şirkəti öz işləməsinə əsaslanan aktivlərin idarəolunması üçün TP.AIM - Asset lntegrity Management proqram paketini hazırlamışdır. Aktivlərinizin fəaliyyətini ölçməyə fokuslanır və daha inkişaf etmiş xüsusiyyətlərin tətbiq olunduğu bir sıra baza modullarını araşdırmaq imkanı yaradır. TP.AIM geniş çeşidli xüsusiyyətlər təklif edir və müştərinin müəyyən tələblərinə uyğun tənzim oluna bilər.

Modullar:

  • TP.MIP
  • TP.LDAR
  • TP.Viewer
  • TP.Shell
  • TP.PressureVessels
TP.LDAR

TP.LDAR

Sızıntıların aşkarlanması və təmiri (LDAR) obyektlərdə uçucu üzvi VOC birləşmələrinin (Volati|e Organic Com pounds) emissiyalarının monitorinqi və auditi üçün proqramdır.

Proqram təminatımız istifadəçiyə qrafik interfeys vasitəsi ilə həddən artıq sızma olan yerləri müəyyənləşdirməyə və təmir proqramının prioritetini müəyyənləşdirməyə kömək edir. Bu, ən vacib iri sızmalarının təcili olaraq izlənilməsini və təmir edilməsini təmin edir.

TP.Viewer

TP.Viewer

TP Engineering, eyni zamanda, bütün istifadəçilər sistemə İnternet vasitəsi ilə daxil olma ilə yanaşı, MSVisio, AutoCAD, Bentley, lntegraph və digər formatlardan sxemləri və çertyojları TPD formatına çevirməyə imkan verən elektron çertyoj idarəetmə sistemi hazırlamışdır.

İnteraktiv P&ID proqramımız istifadəçiyə quraşdırma boyunca "gəzməyə" və təsvirlərdə və diaqramlarda istənilən zəruri obyektin parametrləri ilə işləməyə imkan verir.

Üstünlükləri:

  • Məlumat bazalarından çertyoj elementinin məlumatına giriş
  • Elementlərin axtarışı
  • Naviqasiya
  • Çap
  • Bütün çertyojlar üçün bir platforma

Monitorinq nəticələrini LDAR və STEAMTRAP sxemlərində və avadanlıqların vəziyyəti ilə bağlı hər hansı digər məlumatları təsvir etmək imkanını əlavə edərək, P&ID sxemlərinin istifadəçi funksiyasını genişləndirdik.

TP.Shell/FlangeIntegrity

TP.Shell/FlangeIntegrity

Bu proqram, sızmaların qarşısını almaq və təmir prosedurunun düzgün yerinə yetirilməsi üçün contaların quraşdırılması zamanı flanslı birləşmələr üçün bərkidici millərin fırlanma anını hesablanmasını təmin edir.

Proqram, flansın yumşaq contalarının dəyişdirilməsi zamanı fırlanma anının düzgün dəyərinin lazımi hesablanmasını təmin edir.

Bu proqram, həmçinin, təmin edir:

  • Korpuslar, reaktorlar, sütunlar və istilik dəyişdiriciləri üçün metal contaların seçilməsi və hesablanması
  • Nomenklatura məlumat bazasının standartlaşdırılması və unifikasiyası
  • İş mühitindən, temperaturdan və işləmə təzyiqindən asılı olaraq boltlar və millərin materialların seçimi
  • Sürtkü yağı tətbiq edərkən fırlanma anının mütləq hesablanması, boltlar və millərin dizaynını dəyişdirilməsi və s.
TP.PressureVessels

TP.PressureVessels

GOST, RD və müxtəlif beynəlxalq standartlara uyğun olaraq korroziya aşınmasının monitorinqi və diaqnostikası.

Üstünlükləri:

  • Korroziya, eroziya və aşınma təsiri altında boru kəmərlərinin divar qalınlığının dəyişməsinin tendensiyasının monitorinqi və izlənilməsi
  • Nəticələrinin "işıqfor" prinsipindən istifadə edərək vizual təqdimati
  • Qaynaq birləşmələrinin keyfiyyətinin qiymətləndirilməsi
  • Keyfiyyətə nəzarət
Bütün xidmətlərimizi baxmaq

Sualınız var ?

Növbəti layihənizi bizimlə başlamağa hazırsınızmı? Bizə zəng edin yaxud poçt ünvanımıza yazın və biz, ən qısa zamanda sizinlə əlaqə yaradacağıq!

Bizimlə əlaqə

Xəbər məktubu